“Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər xüsusi əhəmiyyət kəsb edirlər”.
“Report” xəbər verir ki, bunu Zimbabvenin xarici işlər və beynəlxalq ticarət nazirinin müavini David Musabayana Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində pandemiyanın nəticələrinə qarşı mübarizə ilə bağlı təşəbbüslərini yüksək qiymətləndiririk”, – o vurğulayıb.
D.Musabayana bugünkü sammitin əhəmiyyətini qeyd edib və təşkilatın məqsədlərinə dəstək verdiyini bildirib.
Nazir müavininin sözlərinə görə, yaxın gələcəkdə dünyada pandemiyadan sonrakı tam bərpa gözlənilmir:
“Odur ki, Qoşulmama Hərəkatı öz dəyərlərini qorumağa davam etməlidir”.