• Bz. Noy 24th, 2024

Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir

ByYenigun.news

Mar 2, 2023

“Hindistan pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının təşəbbüslərini dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin katibi Şridharan Madhusudhanan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiya son illərdə dünyanın əsas çağırışına çevrilib:

“Bir çox Afrika ölkələrinin, o cümlədən Qoşulmama Hərəkatının üzvlərinin əhalisinin 50%-nə peyvənd vurulmayıb”.

Hindistan XİN rəsmisi sülhün və dinc yanaşı yaşamanın təmin edilməsinin vacibliyini qeyd edib: “Hindistan daha yaxşı gələcək naminə Qoşulmama Hərəkatının üzvləri ilə işləməyə hazırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir