• Bz. Noy 24th, 2024

TDT Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini yüksək qiymətləndirib

ByYenigun.news

Mar 2, 2023

“Qoşulmama Hərəkatı dünyanın bir çox ölkəsini birləşdirən mühüm əməkdaşlıq platformasıdır”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib, həmçinin belə bir sammitin təşkilinə görə rəsmi Bakıya təşəkkür edib.

“TDT gənc və dinamik təşkilat kimi BMT və digər təşkilatlarla əməkdaşlığı gücləndirmək niyyətindədir”, – K.Ömuraliyev vurğulayıb.

O, TDT-nin ÜST ilə COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlığından danışıb və Türk Dövlətləri Təşkilatı adından Afrika ölkələrinə 600 000 vaksin bağışlandığını xatırladıb:

“Türk Dövlətləri Təşkilatı dağıdıcı zəlzələdən sonra Türkiyəyə yardım əlini uzadan ilk təşkilatlardan biri olub. Türkiyə xalqı ilə həmrəy olduğumuzu bildiririk. Bu ölkəyə bir neçə yüz ton lazımi humanitar yardım göndərilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir