“Dalan” sənədli filminin təqdimat mərasimi keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və media nümayəndələri iştirak ediblər.
“Dalan” sənədli filmi regionda gedən münaqişələrin qaynaqlarından bəhs edir.
Filmin ideya və ssenari müəllifi Şahin Hacıyev, rejissoru Teymur Şahin oğlu, prodüserləri isə Balaş Qasımov və İsmayıl Səfərlidir.
Film dörd il ərzində altı ölkədə çəkilib.
Qeyd edək ki, çəkilişlər İkinci Qarabağ müharibəsindən əvvəlki və sonrakı dövrü əks etdirir.
Daha ətraflı Baku TV-nin süjetində: