• Be. Noy 25th, 2024

Milli Məclisdə Fransa Senatının üzvü Natali Qule ilə görüş keçirilib – FOTO

ByYenigun.news

Mar 3, 2023

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.

“Report” xəbər verir ki, Soltan Məmmədov qonaqları salamlayaraq, Azərbaycan və Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.

Söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra regionda yaranmış yeni reallıq, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüşün əhəmiyyəti və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir