• Be. Noy 25th, 2024

Küveytli jurnalist: “Azərbaycan azad edilmiş ərazilərdə çox böyük və əhəmiyyətli işlər görür”

ByYenigun.news

Mar 4, 2023

“Mən azad edilmiş ərazilərə ilk dəfədir gəlirəm. Lakin Azərbaycana beşinci səfərimdir. Həmçinin Bakıya, Qubaya və Qəbələyə də səfər etmişəm. Azərbaycanı çox bəyənirəm”.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Füzulidə səfərdə olan əlcəzairli əsilli küveytli jurnalist Samira Frimş söyləyib.

Bu ərazilərin işğal altında olduğunu vurğulayan Samira Frimş deyib:

“Artıq Azərbaycan işğal altında olmuş ərazilərini bərpa edir. Mən bu torpaqların azad edildiyini gördüyüm üçün çox şadam. Bu ərazilərdə gördüklərim bütün dünya və azadlıq üçün böyük işdir”.

Azad edilmiş ərazilərdə aparılan bərpa işlərini və həyata keçirilən layihələrin onu məmnun etdiyini söyləyən jurnalist deyib ki, qısa müddətdə tikilən Füzuli Beynəlxalq Hava Limanı çox gözəldir.

“Bu ərazilərdə aparılan bərpa işləri Azərbaycanın necə böyük layihələr həyata keçirdiyinin sübutudur. Azərbaycan çox böyük və əhəmiyyətli addımlar atır. Mən bu münasibətlə Azərbaycanı təbrik edirəm”, – deyə jurnalist qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir