• Ça. Noy 26th, 2024

Zaxarova Qarabağdakı gərginlikdən danışdı

ByYenigun.news

Mar 6, 2023

“Moskva Qarabağda gərginliyin artmasından narahatdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyalı diplomat vurğulayıb ki, son bir neçə gün ərzində gərginliyin artması müşahidə edilir:

“Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan ölümü ilə nəticələnən silahlı insident baş verib. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Mənbə: Sputnik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir