“Azərbaycan Bolqarıstan üçün strateji tərəfdaş ölkədir, dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimad və yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığımızın göstəricisidir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov Prezident İlham Əliyev ilə görüşdə söyləyib.
Səfir vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Ruslan Stoyanov dövlətimizin başçısı ilə söhbətində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.