• Ca. Dek 25th, 2025

Latviya prezidenti: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndiririk”

Byadmin

Mar 8, 2023

“BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın – Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu yüksək qiymətləndiririk”.

AZƏRTAC xəbər verir ki, bu fikri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

“Biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq”, – deyə Latviya Prezidenti bildirib.