• Ca. Dek 25th, 2025

Ulduz futbolçu Gürcüstandakı etirazlara dəstək oldu

Byadmin

Mar 8, 2023

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya sosial şəbəkə hesablarında vətəni Gürcüstanda baş verən iğtişaşlarla bağlı paylaşım edib. Ulduz oyunçu xarici agentlər haqqında qanunun tətbiqinə etiraz edənləri dəstəkləyib.

“Gürcüstanın gələcəyi Avropadadır”, – deyə Kvaratsxeliya özünün “Facebook” hesabında yazıb.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin parlament tərəfindən birinci oxunuşda qəbul edilməsi ölkədə etirazlara səbəb olub.