“Bu gün qlobal istiləşmə baş verir. Təbii ki, bu da su resurslarına öz təsirini göstərir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyi riskləri bir ölkədə cəmləşməyib: “Bu məsələ regional səviyyədə müzakirə edilməlidir”.
Nazir qeyd edib ki, Azərbaycanda hazırda daşqınlar daha çox olur:
“Bu, reallıqdır. Əvvəllər isə bu hallar daha az olurdu”.
M.Babayev deyib ki, hazırda azad edilən ərazilərdə artıq yenidənqurma işləri aparılır, “ağıllı” şəhərlər salınır, yaşıl texnologiyalar tətbiq olunur.