• C. Dek 26th, 2025

FAO nümayəndəsi: “Bakı Forumu ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etməyə imkan verəcək”

Byadmin

Mar 9, 2023

“Qlobal Bakı Forumu müxtəlif məsələlərin həllinə kömək edə bilər”.

Bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi İsmaxane Eluafe bildirib.

O deyib ki, bu gün Azərbaycanın paytaxtında keçirilən tədbir iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etməyə imkan verəcək.

O bildirib ki, BMT-nin məlumatına görə, 2021-ci ildə 828 milyon insan aclıqla üzləşib ki, bu da 2020-ci ildəki göstəricidən 150 milyon nəfər çoxdur.

İ.Eluafe vurğulayıb ki, bütün bunlar ədalətsiz bölgü və kifayət qədər ərzaq məhsullarının tədarükünün olmaması ilə bağlıdır.