“Şadam ki, Gürcüstan hökuməti xalqın nə istədiyini eşitdi”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze etirazlar fonunda hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının qalmaqallı “Xarici agentlər haqqında qanun layihəsi”nin geri götürülməsi haqqında qərarını şərh edərkən bildirib.
“Hesab edirəm ki, bu gün bütün dünyada vəziyyət çox ağırdır. Biz Ukraynadakı müharibəyə görə çətinliklərlə üzləşirik və bu, bütün dünyaya təsir edir.
Təəssüf ki, Gürcüstan hökuməti Avropa İttifaqı (Aİ) dəyərlərindən uzaq addımlar atır. Şadam ki, Gürcüstan hökuməti xalqın nə istədiyini eşitdi. Gürcüstana əsl demokratiya lazımdır”, – Burcanadze deyib.