• Ç. Okt 30th, 2024

Azərbaycanın səhiyyə naziri dünyaya çağırış etdi

ByYenigun.news

Mar 10, 2023

Azərbaycanın səhiyyə naziri Teymur Musayev səhiyyənin daha əlçatan olması üçün dünyaya çağırış edib.

“Report”un xəbərinə görə, bu barədə o, X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasında çıxışı zamanı bildirib.

Nazir sağlamlıqla əlaqədar milli səviyyədə sistemin qurulmasının vacibliyini söyləyib.

Onun sözlərinə görə, sağlamlıq sahəsində ekspertlər bunu vurğulayırlar:

“Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın strategiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.

T.Musayev qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur:

“Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çox ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır. Biz bu prioritetlərin təmin olunmasına və səhiyyə sistemində standartlar tətbiq edilməsinə çağırırıq. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir