• Bz. Apr 28th, 2024

Blinken: “Azərbaycan və Ermənistan arasında sülh razılaşması üçün fürsət yaranıb”

ByYenigun.news

Mar 23, 2023


ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi üzrə razılıq əldə edə bilər.

O, çərşənbə günü Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış edərək bunu təsdiqləyib.

“Hesab edirəm ki, əlverişli şərait var, hərçənd onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən fürsət var”, – deyə ABŞ xarici siyasət departamentinin rəhbəri Vaşinqtonun Bakı ilə İrəvan arasında normallaşmanı təşviq etmək cəhdlərini şərh edərkən bildirib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir