Bakıda Pakistan Günü qeyd olunub.
“Report” xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.
“Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, – deyə o bildirib.
Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur.
O, həmçinin müxtəlif beynəlxalq platformalarda Pakistanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib:
“Qardaş ölkələrimiz beynəlxalq aləmdə həmişə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.