• Ca. Noy 7th, 2024

Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı: “Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq”

ByYenigun.news

Mar 23, 2023


“Martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və ədalət yürüşü” adlı mitinqində Güney Azərbaycan türklərinin haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılacaq”.

Bu fikirləri “Report”a açıqlamasında Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqinin təşkilatçılarından biri Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, mitinqə bir çox Avropa və Skandinaviya ölkələrindən çox böyük maraq var:

“Məndə olan məlumatlara görə, Fransa, Almaniya, Böyük Britaniya, Niderland, Skandinaviya ölkələrində yaşayan insanlar aksiyada iştirak edəcəklər. Hesab edirəm ki, çox böyük bir toplantı olacaq. Aksiyada milli bayrağımız qaldırılacaq. Bu mitinqdə Güney Azərbaycan türklərinin İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq. Belə ki, biz göstərəcəyik ki, Güney Azərbaycan öz varlığını əldə etmək üçün yatmayıb və hərəkətdədir. Bizim əsas məqsədimiz bütövlüyümüzlə bağlıdır. Daxilimizdə çox gözəl birlik nümunəsi yaranıb. Bizim hər birimizin ürəyi Azərbaycan üçün döyünür”.

Mahmud Bilgin bildirib ki, mitinqin yekunu ilə bağlı qətnamə hazırlanacaq:

“Toplantını işıqlandırmaq üçün çoxsaylı beynəlxalq media qurumları da dəvət edilib. Düşünürük ki, molla, fars rejimi tərəfindən aksiyada təxribat da törədilə bilər. Biz bununla bağlı da tədbirlərimizi görmüşük. Ümid edirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə uğurla nail olacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir