• Ç. Noy 27th, 2024

Deputat: “İran Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərib” – FOTO

ByYenigun.news

Apr 7, 2023


“Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da İran Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərib:

“Ona görə də İran parlamentinin bu ədalətsiz bəyanatını Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər, o cümlədən Ermənistandan qovulmuş qaçqınlar da qətiyyətlə pisləyirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir