• Ça. Yan 21st, 2025

ABŞ Dövlət Departamenti: “Azərbaycan və Ermənistan arasında birbaşa dialoq məsələnin həlli üçün açardır”

ByYenigun.news

May 4, 2023


“Biz Cənubi Qafqazda sülhün təşviqinə sadiq qalırıq”.

Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

Patel Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun mümkünlüyü barədə də fikrini bildirib. 

“Biz Cənubi Qafqazda sülhün təşviqinə sadiq qalırıq. Hesab edirik ki, birbaşa dialoq məsələlərin həlli üçün açar rolunu oynayır. Lakin mən hadisələri qabaqlamaq istəmirəm”, – deyə Vedant Patel qeyd edib.

Patel bildirib ki, ABŞ tərəfdən bu məsələyə fəal şəkildə cəlb edilən bir sıra rəsmilər var. “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda daimi iştirakı sayəsində bu işdə yaxın şəxsə çevrilib. Biz bu işləri davam etdirmək niyyətindəyik”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir