• Bz. Avq 23rd, 2026

Şuşada “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı təqdim olunub – FOTO

Byadmin

May 10, 2023


Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir.

Festival çərçivəsində növbəti konsert Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı olub.

Konsertdə Ümummilli Lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib.

Konsert zamanı respublikanın tanınmış ifaçıları tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir