• Bz. Avq 23rd, 2026

Bakıda doğulan dördəmin şəhadətnamələri təqdim olunub – FOTO

Byadmin

May 11, 2023


Bakıda doğulan dördəmin doğum haqqında şəhadətnamələri bu gün Ədliyyə Nazirliyi tərəfindən ailəyə təqdim edilib.

Təqdimat Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.

Oxu.Az xəbər verir ki, Məmmədli ailəsində 31 mart 2023-cü ildə dördəm dünyaya gəlib.

Uşaqlara ailə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını verib.

Qeyd edək ki, Məmmədli ailəsinin ilk övladı qızdır. Ayan adlı qızın yeddi yaşı var.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir