• Ça. Avq 26th, 2025

Gəncədə “Əbədiyaşar lider – 100 il” fləşmobu keçirilib – VİDEO

ByYenigun.news

May 11, 2023


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Gəncə şəhərində “Əbədiyaşar lider – 100 il” fləşmobu keçirilib.

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının ətrafında toplaşan 2 minə yaxın tələbənin iştirakı ilə baş tutan fləşmobun başlıca məqsədi dahi rəhbərə olan sevginin əbədiliyini göstərmək olub.

Azərbaycan Texnologiya Universitetinin tələbələrinin iştirak etdiyi fləşmobda üç kompozisiya təqdim olunub. Kompozisiyalarda ümummilli liderin imzası, ulu öndərin yubileyini tərənnüm edən 100 illik yubiley simvolu və dahi rəhbərə olan sevginin əbədiliyini bildirən sonsuzluq işarəsi əks etdirilib.