• Ça. Avq 25th, 2026

Türkiyədə prezident seçkisi ikinci tura qaldı

Byadmin

May 15, 2023


Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener seçkinin nəticələri ilə bağlı açıqlama verib.

O bildirib ki, ölkədə seçki qutularının 100 faizi açılıb, ölkədə iştirak 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib.

“Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kemal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz və Muharrem İnce 0,44 faiz səs toplayıb”.

A.Yenerin sözlərinə görə, prezident seçkilərində namizədlər kifayət qədər səs toplamadıqlarına görə, seçkilər ikinci turda- mayın 28-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir