• Şb. Sen 6th, 2025

Azərbaycanın sabiq mədəniyyət nazirinə yeni vəzifə verildi

ByYenigun.news

May 17, 2023


Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri təyin edilib.

Bu barədə İSESCO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Anar Kərimov İSESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri kimi təşkilatın üzv dövlətlərdəki müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bütün dünyada onun əhatə dairəsinin genişləndirilməsi və təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində proqramlarının dəstəklənməsi üçün lazımi maliyyə resurslarının cəlb edilməsi işlərinə öz töhfəsini verəcək.