• Ça. Avq 25th, 2026

Ərdoğan xaricdəki həmvətənlərinə səsləndi – FOTO

Byadmin

May 19, 2023


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan həmvətənlərinə səslənib.

“Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz.

Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi əlinizdən almaq cəhdlərinə boyun əymədiniz”, – deyə o “Twitter” hesabında yazıb.

O, həmvətənlərinə olduqları ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüquqlarından istifadə etmələrini istəyib.

“Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha güclü şəkildə iradənizə hakim olmanızı gözləyirəm.

Bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir