• Be. Avq 24th, 2026

Paşinyan Moskvaya yollandı: Üçtərəfli görüş planlaşdırılır

Byadmin

May 24, 2023


Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib.

Bu barədə çərşənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Mayın 25-də o, Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək. Səfər zamanı baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidentinin üçtərəfli görüşü də planlaşdırılır.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir