“Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Biz həmişə bu prosesi dəstəkləmişik. Uzunmüddətli sülh üçün ərazi bütövlüyünün tanınması önəmlidir. Hərtərəfli sülh sazişinin imzalanmasında fayda var. Hadisələr Türkiyə-Ermənistan münasibətlərinə də təsir edir. Atılacaq hər bir müsbət addım Türkiyə ilə Ermənistan arasındakı münasibətləri də müsbət mənada yaxşılaşdıracaq”, – deyə Çavuşoğlu qeyd edib.