• Be. Apr 29th, 2024

Dünya Taekvondo Federasiyasının prezidenti: “Azərbaycan taekvondo ailəsi üçün mötəbər yerdir” – FOTO

ByYenigun.news

May 27, 2023


“Azərbaycan və paytaxt Bakı taekvondo ailəsi üçün mötəbər yerdir”.

“Report” xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von Bakıda təşkil ediləcək dünya çempionatı ərəfəsində mətbuat konfransında deyib.

O, mundialın Bakıda keçirilməsindən məmnunluq ifadə edib:

“Burada olmaq xoşdur. Azərbaycan bir neçə yarışa ev sahibliyi edib. Budəfəki turnir bizim 50 illiyimizə təsadüf edir. Sabah isə Azərbaycanda Müstəqillik Günü qeyd ediləcək. Sizin müstəqilliyiniz taekvondodan da qədimdir. Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik”.

76 yaşlı funksioner Azərbaycanda taekvondonun sürətlə inkişaf etdiyini də sözlərinə əlavə edib:

“2013-cü ildən Bakıya gəlməyə başlamışam. Ölkə sürətlə dəyişir. Prezident İlham Əliyevlə görüşmək şərəfinə də nail olmuşam. Burada taekvondonun inkişafına dəstək göstərilir”.

Çu Çunq-Von dünya çempionatının uğurlu alınacağına inandığını bildirib:

“Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Gənclər və İdman Nazirliyinin də dəstəyini qeyd etmək istəyirəm”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

Daha çox şəkil burada: PhotoStock.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir