• Bz. Apr 28th, 2024

Qida Təhlükəsizliyi İnstitutunun Nizamnaməsi və strukturu dəyişdirildi

ByYenigun.news

May 27, 2023


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) nəzarəti həyata keçirən İdarə Heyətinin tərkibi genişləndirilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Qərara dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara dəyişikliklə İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun dörd müavinindən ibarət olacaq.

Nizamnamənin əvvəlki variantı isə belə olub: “İdarə Heyəti İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir