• Ç. Dek 17th, 2025

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib – FOTO

Byadmin

May 29, 2023


ABŞ-nin Nyu-York şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü qeyd edilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbir Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə ştatda yaşayan Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri və ABŞ-də təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açıq havada keçirilən tədbirdə milli musiqilərimiz və rəqslərimiz ifa olunub.

Tədbir yerli sakinlər tərəfindən də maraqla izlənilib.