• Bz. Apr 28th, 2024

FHN-in generalı təqaüdə göndərildi

ByYenigun.news

İyn 6, 2023


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib.

APA xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.

Hikmət Abbasovun yerinə də təyinat olub.

Belə ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir