• Ç. Sen 24th, 2025

Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib – FOTO

ByYenigun.news

İyn 7, 2023


Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AGİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.