• Ça. Apr 30th, 2024

Sən demə, illər əvvəl Bakıya gələndə Levon erməni deyilmiş… – FOTO

ByYenigun.news

İyn 8, 2023


Hazırda ABŞ-ni təmsil edən erməni şahmatçı Levon Aronyan sosial şəbəkələrdə riyakarlıq dolu paylaşım edib. O iyul-avqust aylarında paytaxtımızda keçiriləcək şahmat üzrə Dünya kubokunda potensial iştirakını təxribat xarakterli sözlərlə şübhə altına alıb.

“Mən Bakıda özümü təhlükəsizlikdə hiss etmirəm”.

Bəli, ABŞ-ni təmsil etsə də, erməni xisləti Aronyanın “Twitter” hesabındakı bu sözlərlə növbəti dəfə üzə çıxıb.

“Dilemma qarşısındayam. Dünya kubokunu çox istəyən biri kimi orada iştirak etmək istərdim, ancaq erməni kimi özümü Bakı, Azərbaycana səyahət zamanı təhlükəsizlikdə hiss etmirəm”, – deyə şahmatçının erməni kimliyi özünü ifşa etməyə davam edib…

Halbuki L.Aronyan bu ifadələri səsləndirə biləcək bəlkə də, ən sonuncu erməni sayıla bilər. Uzun illər ərzində ölkəmizin müxtəlif ərazilərində və xüsusən də paytaxt Bakıda keçirilən yarışlarda Ermənistanı təmsil edən idmançılar dəfələrlə iştirak ediblər. Hərçənd bu cümlədə elə dəfələrlə sözünün olması ermənilərin Bakıda necə təhlükəsiz şəraitdə olduqlarını göstərir. Çünki riyakarlıq və böhtanda, qarayaxmada dünyanın ən bacarıqlı xalqı olan ermənilər ilk səfərdə bir bəhanə tapsaydılar, Azərbaycanda təhlükəsizlikdə olmaqlarına dair əllərində bircə fakt olsaydı, yəqin ki, Azərbaycana növbəti səfərlərinə onları heç dünyanın ən qüdrətli ordularının müşayiəti də razı sala bilməzdi. Demək ki, hətta dünya tarixinin ən mahir yalan maşınlarına belə fürsət verməyən Azərbaycan bu mənada öz üzərinə düşən öhdəlikləri tamamilə düzgün yerinə yetirib.

Eyni sözü Ermənistanla bağlı demək üçün isə yəqin ki, ən yaxşı halda L.Aronyan xislətinə sahib olmaq gərəkdir. Çünki çox uzağa getmədən İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yaşanan qalmaqal, erməni vandalizminin sərhəd tanımaması reallığının bariz nümunəsi idi. Azərbaycan bayrağına edilən hücum isə elə L.Aronyan xislətli ermənilərin iyrənc simasının ifşası oldu…

Yeri gəlmişkən yuxarıda Levonun, bəlkə də, Azərbaycanda təhlükəsizlikdə “ehtiyat” edə biləcək ən son erməni olduğunu əbəs yerə qeyd etmədik. Çünki insan kimi deyil, erməni kimi “qorxduğunu” öz paylaşımında göstərən Aronyan, həqiqətən də öz xalqına layiq övlad olduğunu göstərir. Əks halda Bakıda keçirdiyi günlərdə paytaxtımızda asudə şəkildə gəzib-dolanan birinin bu cür riyakarlıq nümayiş etdirməsinə başqa hansı adı vermək olar ki?

Halbuki L.Aronyan 2015-ci ildə Ermənistan millisi ilə Dünya kubokunda iştirak üçün Bakıda olub. Həmin vaxt nəinki indi erməni kimi qorxan Aronyan, hətta heç bir Ermənistan təmsilçisi özünü təhlükəsizlikdə hiss etməyib. L.Aronyan isə paytaxtımızda gəzintisi zamanı xüsusi canfəşanlıq nümayiş etdirib, Bakının gözəlliyini çoxsaylı fotolarla ölümsüzləşdirib.

İndi isə həmin L.Aronyan Bakıya gəlməkdən qorxur, özü də erməni kimi qorxduğunu iddia edir. Çox güman ki, şahmatçı 8 il əvvəl özünü erməni kimi hiss etmirmiş, illər sonra qanında tüğyan edən erməni kimliyi, erməni xisləti nəhayət üzə çıxıb. Hər halda L.Aronyan adına iç üzünə qovuşmaq müsbət məqamdır. Ancaq riyakarlıq və siyasətə alət olmaq, böhtan atmaq, iftiralar səsləndirmək heç bir idmançıya şan-şöhrət gətirəcək məqam deyil. Hətta erməni olsa belə…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir