• Be. Apr 29th, 2024

Rusiyalı general: “Erməni tərəfi Bakıdakı iclasda iştirak edib”

ByYenigun.news

İyn 8, 2023


“Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi dəstəklənilməlidir və sülh üçün səylər göstərilməlidir”.

“Report” xəbər verir ki, bunu Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında deyib.

“Bununla bağlı hər zaman perspektivlər var və bu istiqamətdə həmişə səy göstərmək lazımdır”, – o bildirib.

A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında Ermənistanın sərhəd qurumu da iştirak edib:

“Ümid edirəm ki, Ermənistanda keçiriləcək növbəti görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir