• Be. Apr 29th, 2024

MDB-nin icraçı katibi: “Sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”

ByYenigun.news

İyn 8, 2023


“İndiki şəraitdə sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”.

“Report” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

S.Lebedev müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.

MDB-nin icraçı katibi dünyanın bir çox regionlarında, o cümlədən Qafqazda ölkələrin sərhədlərində təhlükələrin mövcud olduğunu bildirib.

“Bu, onu deməyə əsas verir ki, biz ölkələrimizin sərhədlərinin qorunmasına daha çox diqqət ayırmalı və bunu səmərəli şəkildə həyata keçirməliyik”, – S.Lebedev əlavə edib.

O qeyd edib ki, bugünkü iclasda MDB ölkələrinin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planı hazırlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir