• Ç. Sen 24th, 2025

Hakan Fidanla Antoni Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

ByYenigun.news

İyn 8, 2023


Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Telefon danışığı zamanı tərəflər İsveçin NATO-ya üzvlüyünü, Türkiyə və Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma proseslərini, “F-16”ların alınması məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə 67-ci hökumətinin tərkibi elan edilib. Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri Hakan Fidan Türkiyənin yeni xarici işlər naziri təyin edilib.

Mənbə: TRT Haber