“Qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacaq”.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva 20 iyun – Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan məcburi köçkün problemini yaşayan ölkədir və bu sahədə təcrübəsi var:
“Bu ölkə kənardan gələn iki minə yaxın qaçqına yer verib, qayğısını çəkib. BMT də vətənini tərk etmək məcburiyyətində olan insanlarla həmrəylik nümayiş etdirir. Təəssüflər olsun ki, Ukraynada, Sudanda baş verən hadisələr nəticəsində dünyada qaçqınların sayı artmaqda davam edir”.