• C. Noy 29th, 2024

Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib

ByYenigun.news

İyn 19, 2023


Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib.

APA-nın xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı çıxış edib.

O bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar gedir. Buna baxmayaraq, AŞPA-dakı erməni parlamentarilər gələcək haqqında düşünmək, irəliyə baxmaq yerinə keçmişdən danışırlar.

“Onlar təxribatlar törədirlər, düşmənçilik bəsləyirlər. Bir yerdə oturub gələcəyimizi düşünmək yerinə blokadadan, genosiddən, Laçın yolunun guya bağlı olmasından danışırlar. Onların dedikləri mövcud deyil və gerçəyi əks etdirmir”, – Səməd Seyidov bildirib.

O qeyd edib ki, onlar Azərbaycanı yanlış şəkildə təqdim etməyə çalışaraq beynəlxalq təşkilatlara yalvarırlar: “Bu, düzgün yol deyil, bu münasibətlə sülhə nail ola bilməyəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir