• C. Noy 29th, 2024

Baş katib: “Avropa Şurası Bakı ilə İrəvan arasında danışıqların bərpası üçün əlindən gələni etməyə hazırdır”

ByYenigun.news

İyn 19, 2023


“Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır”.

Bunu Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında süh yalnız iki ölkə liderinin danışıqları nəticəsində əldə oluna bilər:

“Biz bu günədək iki ölkə arasında qarşılıqlı inam və dialoqun yaradılmasına səy göstərmişik. Bir neçə həftə bundan əvvəl yüksək səviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub. Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Lakin ən əhəmiyyətlisi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki dövlətin lideri bir araya gəlib öz aralarında sülhə nail olmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir