• C. Noy 29th, 2024

“2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edildi

ByYenigun.news

İyn 19, 2023


“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 890 milyon 500 min manat, xərcləri 36 milyard 624 milyon 800 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 125 milyon 798 min manat, yerli gəlirləri 764 milyon 702 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 847 milyon 792 min manat, yerli xərcləri 777 milyon 8 min manat) məbləğində təsdiq edilib.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 16 iyun tarixli 917-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1947 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir