• Ç. İyn 24th, 2026

Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik.

ByVuqar Ferzeliyev

İyn 24, 2026

Türkmənistan balanslaşdırılmış xarici siyasət, enerji diplomatiyası və iqtisadi inkişaf strategiyası ilə beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirməyə nail olmuşdur. Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın əldə etdiyi uğurları böyük məmnunluqla qarşılayır, bunailiyyətlərin regionun ümumi inkişafına xidmət etdiyini xüsusi qeyd edirik.

Türkmənistanın beynəlxalq uğurlarının əsasını ölkənin zəngin enerji resurslarından səmərəli istifadə etməsi təşkil edir. Təbii qaz ehtiyatlarına görə dünyanın aparıcı dövlətlərindən biri olan Türkmənistan enerji ixracını iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevirməyi bacarmışdır. Enerji sektorundan əldə olunan gəlirlər infrastruktur layihələrinin maliyyələşdirilməsinə, sosial proqramların genişləndirilməsinə və dövlətin maliyyə dayanıqlığının gücləndirilməsinə şərait yaratmışdır.

Qlobal iqtisadi proseslərin mürəkkəbləşdiyi bir dövrdəTürkmənistanın beynəlxalq nəqliyyat- logistika layihələrində fəal iştirakı xüsusi diqqətə layiqdir. Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən nəqliyyat dəhlizlərininin kişafında ölkənin oynadığı rol regionun tranzitpotensialını artırmaqla yanaşı, yeni investisiya imkanlarının formalaşmasına da zəmin yaradır. Hər bir maliyyəçi üçün məlumdur ki, logistika infrastrukturuna yatırılan investisiyalar uzun müddətli dövrdə iqtisadi artımın ən etibarlı mənbələrindən hesab olunur.

Türkmənistanın beynəlxalq arenada nüfuzunun artması xarici investorların ölkəyə marağının yüksəlməsinə də müsbət təsir göstərir. İnvestisiya mühitinin təkmilləşdiril məsi, iqtisadi sabitliyin qorunması və iri layihələrin reallaşdırılması maliyyə axınlarının davamlılığını təmin edən mühüm amillərdəndir. Kapitalın cəlb edilməsi iqtisadi göstəricilərin yaxşılaşmasına deyil yeni iş yerlərinin yaradılmasına, insankapitalının inkişafına və texnologiyaların ölkəyə transferinə xidmət edir.

Azərbaycan və Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iqtisadi sahədə də özünü aydın şəkildə göstərir. Xəzər dənizi regionunda həyata keçirilən birgə təşəbbüslər, enerji və nəqliyyat layihələri hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, bütövlükdə regionun iqtisadi təhlükəsizliyinə töhfə verir. Qarşılıqlı etimad üzərində qurulan bu əməkdaşlıq modelinin gələcək illərdə daha da genişlənəcəyi gözlənilir.

Türkmənistanın beynəlxalq uğurları təkcə bir dövlətin nailiyyəti deyil, həmdə regional iqtisadi inteqrasiyanın güclənməsiningöstəricisidir. Qlobal bazarlarda rəqabətin artdığı, enerji vəlogistika marşrutlarının yenidən formalaşdığı bir dövrdə Türkmənistanın qazandığı uğurlar Mərkəzi Asiya və Xəzər hövzəsinin strateji əhəmiyyətini daha da artırır.

Türkmənistanın beynəlxalq platformalarda qazandığı nailiyyətlər onun düşünülmüş iqtisadi siyasətinin, maliyyə intizamının və uzun müddətli inkişaf strategiyasının nəticəsidir. Regionun hər bir uğuru ortaqrifaha, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edir.

Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir