“Təxminən otuz illik yurd həsrətimiz sona çatdı. Biz artıq doğulub boya-başa çatdığımız Laçına qayıdırıq. Bu günləri bizə yaşadan Allaha sonsuz şükür edirik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Laçın sakini Hökümə Abbasova söyləyib.
Laçın sakini öz doğma yurduna köçdüyü üçün Prezident İlham Əliyevə, Vətən müharibəsində iştirak edən hər bir kəsə təşəkkür edib.
O bildirib ki, ermənilərin törətdikləri vəhşiliklərə baxmayaraq, artıq Laçın bərpa olunur, yenidən qurulur. Laçında insanların yaşaması üçün hər bir şərait var.