• C. Noy 29th, 2024

Nazir: “Ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə uzaqgörən xarici siyasət kursunun təməli qoyulub”

ByYenigun.news

İyl 10, 2023


“Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə milli mənafeyə əsaslanan xarici siyasətin qurulması əsas hədəflərdən olub. Bu işdə ümummilli lider Heydər Əliyevin xüsusi xidmətləri olub”.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da ADA Universitetində keçirilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ulu öndərin 30 il əvvəl hakimiyyətə yenidən qayıtması ilə Azərbaycanın milli maraqlarına əsaslanan sağlam, uzaqgörən xarici siyasət kursunun təməli qoyuldu:

“Həmin dövrün mürəkkəbliyi fonunda xarici ölkə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması təmin olundu. İşğalçı tərəfə beynəlxalq aləmin təzyiqinin gücləndirilməsində də ümummilli liderin xidmətləri danılmazdır”.

C.Bayramov söyləyib ki, ulu öndərin xarici dövlətlərə etdiyi səfərlər və həmin görüşlərdə Azərbaycan barədə məlumatların verilməsi xüsusi vurğulanmalıdır:

“Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə döyüş meydanında oldu, lakin uzun müddət apardığımız siyasi və diplomatik səylər də öz bəhrəsini verdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu olmasında çoxtərəfli diplomatiyanın da rolu var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir