• C. Noy 29th, 2024

Prezidentin köməkçisi Türkiyə səfiri ilə regional məsələləri müzakirə edib – FOTO

ByYenigun.news

İyl 10, 2023


Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə Cahit Bağçı özünün “Twitter“ hesabında paylaşım edib.

Səfir görüş zamanı Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində əlaqələrin inkişafından və regional məsələlərdən danışdıqlarını qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir