Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Mənə elə gəlir ki, şanslar çox yaxşıdır. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən gün barədə konkret məlumat alan kimi bunu mütləq sizinlə paylaşacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu bildirmişdi.