“Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi”.
APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli qurumun Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında deyib.
“Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb. Sərhəd-buraxılış məntəqəsinin yaradıldığı tarixdən – aprelin 23-dən indiyədək Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təbliğata baxmayaraq, 1927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”, – səfir qeyd edib.