“Prezident İlham Əliyevlə görüş zamanı verilən suallara çox maraqlı və qaneedici cavablar eşitdik. Xüsusilə Azərbaycanda investisiyalarla bağlı məsələlər diqqətimizi çəkdi”.
“Report” xəbər verir ki, bunu Oman Xəbər Agentliyinin Elektron xəbərlər departamentinin direktoru Raşid əl-Kindi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk dəfədir Azərbaycanda səfərdədir:
“Burada gördüklərim məndə xoş təəssüratlar yaratdı. Həqiqətən də bu yerlərin necə inkişaf etdiyinin şahidi oldum. Düşünürəm ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın bu gözəl şəhərində öz işini uğurla yekunlaşdıracaq”.