• Ç. Noy 27th, 2024

Şuşada fotoqraflar üçün master klass keçirilib – FOTO

ByYenigun.news

İyl 23, 2023


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibəti ilə keçirilən “4-cü Sənaye İnqılabı dövründə yeni media” Qlobal Forum çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən master klass keçirilib.

“Report” xəbər verir ki, “Gilavar Foto Klubu” ictimai birliyinin “PeşəkarSƏN” proqramının növbəti belə təlimində 12 gənc fotoqraf iştirak edib.

İlk dəfə Şuşada olmağın sevincini yaşayan gənclər təlimdən öncə şəhəri gəziblər. Fotoqraflar öz gələcək arxivləri üçün Cıdır düzündə, Molla Pənah Vaqifin türbəsi, Xan qızı Natəvanın dağıdılmış evinin qarşısında, Şuşa qalasında və mədəniyyət paytaxtının digər görməli yerlərində fotolar çəkiblər.

Tədbirin əvvəlində, təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verdi. Uzun illər ərzində çəkilən fotoları nümayiş etdirdi.

Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirrlərini öyrənmək imkanını əldə ediblər.

Daha sonra iştirakçılar onları maraqlandıran sualları Sergey Kivrinə ünvanladılar.

Sonda master klassda iştirak fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar verilib. Öz növbəsində Gilavar Foto Klubu tərəfindən qonağa fotoqraflar adından tarixi Şuşa şəhərini xatırladan xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Qlobal Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkidiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir