• Ç. Noy 27th, 2024

Azərbaycan Prezidenti: “Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz”

ByYenigun.news

İyl 24, 2023


“İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Azərbaycanın nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir”.

Burada qonşularla yaxşı münasibətlərin də önəmli olduğunu vurğulayan Prezident deyib: “Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu, bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir