İyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq.
Bu barədə Rusiya XİN-i xəbər yayıb.
Məlumata görə, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ ətrafında gərginliyin azaldılması yollarını təhlil edəcəklər.
Mənbə: TASS